Viktor Orban Aİ Şurasının rəhbəri olacaq?

DÜNYA
19:00 / 08.01.2024
544

Macarıstandan baş nazir Viktor Orbanın Avropa İttifaqı Şurasının müvəqqəti rəhbəri təyin olunması ehtimalı ilə bağlı xəbərlərə sakit reaksiya verməsi istənilib. 

HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" Orbanın mətbuat katibi Bertalan Havasiyə istinadən yazır.

"Bu məsələdə biz strateji sakitliyi qorumağı tövsiyə edirik, deyə Havasi liderinin mümkün təyinatı ilə bağlı suala cavab verib.

Avropa İttifaqı Şurasının hazırkı rəhbəri Şarl Mişelin 2024-cü ilin yayında postunu erkən tərk edəcəyi barədə məlumatı yanvarın 7-də Mişelin köməkçisi "Politico"ya təsdiqləyib. Siyasətçi Avropa Parlamentinin deputatı olmaq niyyətindədir və bunun üçün indiki postunu tərk etməli olacaq.

Aİ liderləri Avropa İttifaqı Şurasının yeni rəhbərinin namizədliyi ilə bağlı tez razılığa gələ bilməsələr, bu, Viktor Orban olacaq. Çünki o vaxt Macarıstan Avropa İttifaqı Şurasına sədrlik edəcək.

Samir

0