"Netflix" serialının ulduzu Qəzza zolağında yaralanıb

DÜNYA
14:25 / 09.01.2024
464

"Netflix"in "Fauda" serialındakı rolu ilə tanınan aktyor İdan Amedi HƏMAS-a qarşı döyüşlər zamanı ağır yaralanıb. 

HİT.az xəbər verir ki, bu barədə "Bild" yazıb.

Ulduz Tel-Əvivdəki Kaim Şeba xəstəxanasına aparılıb. Amedinin dəqiq necə yaralandığı məlum deyil. Eyni zamanda, İsrailin onlayn nəşri "Walla News" qeyd edir ki, həkimlər aktyorun bədənindən qəlpələr çıxarıblar.

"Bild" "Netflix" serialının ulduzunun İsraillə HƏMAS arasında gedən müharibədə iştirak edən ilk məşhurlardan biri olduğunu vurğulayır. Yaralanan zaman 35 yaşlı Amedi döyüş mühəndisliyi korpusu ilə birlikdə Qəzza zolağında olub. Aktyorun xəsarət alması xəbərini ailəsi təsdiqləyib. Atası etiraf edib ki, Amedinin həyatı təhlükədə deyil və ailəsi onun tezliklə sağalması üçün dua edir.

"Fauda" serialının ilk mövsümünün premyerası 15 fevral 2015-ci ildə baş tutub. Serialın 4 mövsümü mövsümü yayımlanıb.

Samir

0