Macarıstanın Ukraynaya yardıma veto qoymaqdan imtina etməsi üçün şərt açıqlandı

DÜNYA
17:23 / 09.01.2024
578

Macarıstan ildə bir dəfə maliyyələşməyə yenidən baxılması şərti ilə Avropa İttifaqının Ukraynaya pul ayırmasına qoyduğu vetonu ləğv edə bilər.

HİT.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

"Budapeşt vetonu ləğv edə bilər, bir şərtlə ki, Avropa ittifaqı Ukraynaya yardımı hər il yenidən nəzərdən keçirsin. Praktikada bu, baş nazir Viktor Orbana hər il Aİ-nin Ukraynaya maliyyə ayırmasını əngəlləmək və ya vetosunu ləğv etdiyi üçün Brüsseldən güzəştlər almaq imkanı verəcək", deyə məqalədə qeyd edilir.

Dekabrda Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin rəhbəri Peter Siyarto bildirmişdi ki, Budapeşt Avropa İttifaqı ilə Ukrayna arasında onun icmaya üzvlüyü ilə bağlı danışıqlara ciddi veto qoya bilər.

Bundan əvvəl Britaniyanın “Times” qəzeti yazmışdı ki, Ukraynanın Avropa İttifaqına daxil olması ən azı 2030-cu ilə qədər təxirə salına bilər, çünki bir çox Aİ ölkələri blokun maliyyələşdirilməsi və genişlənməsi kimi məsələlərdə veto hüququnu itirməkdən qorxur və həmçinin yüksək qiymətdən xəbərdardır. 

Daha əvvəl Viktor Orban bildirib ki, Budapeşt Avropa İttifaqının (Aİ) Kiyevin siyasi ittifaqa daxil olması ilə bağlı danışıqlara başlamaq qərarını pis hesab edir və orada iştirak etmək istəmir.

Samir

0