Çin ABŞ-ı casusluq fəaliyyəti ilə bağlı yalanlar yaymaqda ittiham etdi

DÜNYA
22:00 / 09.01.2024
541

ABŞ Çin Xalq Respublikasının casusluq fəaliyyəti ilə bağlı mütəmadi olaraq yalan məlumatlar yayır. 

HİT.az xəbər verir ki, bunu brifinq zamanı Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq deyib.

Diplomat bu barədə məxfi məlumatları Çin tərəfinə ötürdüyü iddia edilən amerikalı hərbçiyə hökm oxunması xəbərini şərh edərkən danışıb. Onun sözlərinə görə, ABŞ Çinə qarşı da açıq şəkildə genişmiqyaslı casusluq fəaliyyəti həyata keçirir. 

Mao Ninq Çinin milli təhlükəsizliyi qorumaq üçün lazımi tədbirlər görəcəyini açıqlayıb.

ABŞ Ədliyyə Nazirliyi ölkənin hərbi dəniz qüvvələrinin üzvü Venhenq Zaonun Çin kəşfiyyat xidmətinin nümayəndəsinə məxfi məlumatları ötürdüyünə görə 27 ay həbs cəzasına məhkum edildiyini bildirib. Həmin şəxs komandanlığın əməliyyat əmrləri, Sakit okeanda böyük manevrlər və Yaponiyanın Okinava adasında yerləşən radar sisteminin işləməsi haqqında məlumat verib. 

Nazirliyin məlumatına görə, 2021-ci ilin avqustundan 2023-cü ilin mayına qədər Venhenq Zao ən azı 14,8 min dollar məbləğində rüşvət alıb. Şübhəli şəxs 2023-cü ilin oktyabrında günahını etiraf edib.

Samir

0