İsveç: "Baltik regionunda və NATO-da böyük məsuliyyəti üzərimizə götürməyə hazırıq"

DÜNYA
22:38 / 09.01.2024
348

İsveçin baş naziri Ulf Kristersson, İsveçin təbii yerinin NATO-da olduğunu deyib. Onun fikrincə, ölkə vətəndaşlarının əksəriyyəti bir inancdadır.

HİT.az xəbər verir ki, İsveç Nazirlər Kabinetinin rəhbəri bu barədə "Xalq və Müdafiə 2024" milli konfransında danışıb.

"İsveçin təbii yeri NATO-dadır. Bu, bir çoxumuzun onilliklər ərzində burada paylaşdığı bir inancdır", deyə baş nazir bazar ertəsi keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, dövlətin xarici siyasətində bu əsas paradiqma dəyişikliyi ilə bağlı geniş siyasi konsensus var.

Baş nazir vurğulayıb ki, İsveç Baltik dənizi regionunda və NATO-nun idarəetmə strukturu çərçivəsində böyük məsuliyyəti öz üzərinə götürməyə hazırdır.

Bundan əvvəl İsveçin Mülki Müdafiə Naziri Karl-Oskar Bulin İsveçdə mümkün müharibə elan edib və həmvətənlərini hərbi əməliyyatlara hazır olmağa çağırıb.

Qeyd edək ki, İsveçin NATO-ya üzvlüklə bağlı ərizəsini hələlik Türkiyə və Macarıstan təsdiqləməyib.

Samir

0