Kiyev Ukrayna üçün nəzərdə tutulan silahların İsrailə verilməsindən narazıdır

DÜNYA
18:03 / 10.01.2024
603

Kiyev Ukraynaya verilməli olan Qərb silahlarının İsrailə daşınmasından narazıdır.

HİT.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar T24 qəzetinə müsahibəsində danışıb.

"Beynəlxalq media diqqətini bu istiqamətə (Qəzzaya) yönəldib, ona görə də Ukraynadakı münaqişənin bitdiyini düşünənlər var", deyə Bodnar təəssüflə bildirib.

Səfir əlavə edib ki, Qərb ölkələri daxilindəki siyasi dinamika da Kiyevə dəstəyə təsir göstərir. Nümunə kimi o, ABŞ-da qarşıdan gələn prezident seçkilərini, Slovakiya və Macarıstanın Ukraynaya pul ayırmaq istəməməsini, eləcə də Polşa ilə sərhəddə yerli fermerlərin təşkil etdiyi blokadanı göstərib.

Bundan əvvəl "New York Times" bir məqalə dərc edərək, Avropa ölkələrinin digər məsələlərlə yanaşı, maliyyə ilə bağlı daxili problemlər fonunda Ukrayna münaqişəsindən "yorğunluq nümayiş etdirdiklərini", lakin eyni zamanda Latviya, Litva və Estoniyanın Kiyevə kömək siyasətinə riayət etməyə davam etdiyini bildirmişdi.

Samir

0