ABŞ-ın keçmiş birinci xanım Mişel Obamanın qarşıdan gələn prezident seçkilərində Demokratlar Partiyası üçün "B planı" ola bilər.
HİT.az xəbər verir ki, bu barədə "Fox News"un aparıcısı Cessi Uotters bildirib.
Jurnalist Co Baydenə ona qarşı diqqətli olmağı tövsiyə edib. Aparıcının fikrincə, Baydenin qarşıdan gələn seçkilər üçün planı "təşviqat və ya debat aparmamaq"dır ki, bu da onun prezidentlik yarışını itirməsinə səbəb ola bilər.
"Ancaq mən Co Baydenin yerində olsaydım, kimdən daha çox qorxardım - Trampdan, yoxsa Mişel Obamadan, bunu bilmirəm", deyə Uotters bildirib.
Bundan əvvəl ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama demişdi ki, ölkədə qarşıdan gələn prezident seçkiləri onu gecələr yuxusuz qoyub.
Samir