Böyük Britaniyanın xarici işlər naziri David Kameron bildirib ki, Çin son illərdə daha aqressiv və iddialı olub.
HİT.az "Bloomberg"ə istinadən xəbər verir ki, onun sözlərinə görə, baş nazir vəzifəsini icra etdiyi və Çinlə isti münasibətlər saxladığı vaxtdan bəri Pekinin siyasətində çox şey dəyişib.
Kemeron Qərbdə ölkəyə qarşı daha skeptik baxışların yaranmasına səbəb kimi Pekinin Sincan əyalətində uyğurlara münasibətini və Honq-Konqda söz azadlığına təzyiq göstərməsini göstərib. Eyni zamanda o qeyd edib ki, süni intellekt və iqlim dəyişikliyi sahələrində Çin ilə qarşılıqlı əlaqəni davam etdirmək lazımdır.
"Kameronun açıqlamaları 2015-ci ildə baş nazir kimi qızıl dövr başladığından bəri Britaniyanın Çinlə pisləşən münasibətlərini vurğulayır", deyə "Bloomberg" yazıb.
Samir