İtaliyanın müdafiə naziri Quydo Krosetto bildirib ki, 2023-cü ildə Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı istənilən nəticəni vermədi və yeni il Rusiya, ABŞ və Avropada seçkilərlə bağlı münaqişə üçün əsas olacaq.
HİT.az xəbər verir ki, o, bu fikri İtaliya parlamentinin Deputatlar Palatasında bildirib.
"Ukraynanın yay əks-hücum əməliyyatı, təəssüf ki, istənilən nəticəni vermədi - Kiyev qoşunları yeni hərbi qışla üz-üzədir və Rusiyanın raket və pilotsuz təyyarələrlə gözlənilən reaksiyası ilə üzləşəcək", deyə İtaliyanın müdafiə naziri qeyd edib.
Krosetto deyib ki, 2024-cü il bir sıra ölkələrdə keçiriləcək seçkilərlə bağlı Moskva və Kiyev arasında qarşıdurmada əsas il olacaq. O, həmçinin xatırladıb ki, Roma hərbi əməliyyatlar başlayandan bəri tərəflər arasında sülhə gətirib çıxarmalı olan diplomatik dialoqun açılmasına yönəlmiş səyləri dəstəkləyib.
İtaliya müdafiə nazirinin fikrincə, iki il ərzində münaqişə dağıdıcı döyüşə çevrilib və Rusiya arzuladığı məqsədlərinə çatmamasına baxmayaraq, heç bir zəifləmə əlaməti göstərmir.
"Bəzilərinin fikrincə, Kiyevin xeyrinə işləyən zaman faktoru indi Moskva üçün daha əlverişli görünür", deyə Krosetto bildirib.
Samir