Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin müasir hava hücumundan müdafiə sistemlərinə ciddi ehtiyacı olduğunu bildirib.
HİT.az xəbər verir ki, bu barədə “Ukrayinska pravda” yazıb.
O vurğulayıb ki, Ukrayna və onun tərəfdaşları yaxın gələcəkdə müasir hava hücumundan müdafiə sistemləri istehsal etmək iqtidarında deyil. Zelenski iddia edir ki, bu çox böyük çatışmazlıqdır.
O, hava hücumundan müdafiə sistemlərini "1 nömrəli çatışmayan şey" adlandırıb. Onun sözlərinə görə, Ukrayna Rusiya zərbələrinin orta hesabla 70 faizini dəf etməyə qadirdir.
Samir