Şimali Koreya lideri Kim Çen In regionda müharibədən qaçmaq niyyətinin olmadığını deyib. Həmçinin o, Pxenyanın Cənubi Koreyaya qarşı birtərəfli müharibəyə başlamaq planının olmadığını bildirib.
HİT.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi KXDR liderinin bəyanatına istinadən məlumat yayıb.
"Kim birtərəfli qaydada müharibəyə getməyəcəyini söylədi, lakin o da müharibədən yayınmaq niyyətində deyil", deyə agentlik qeyd edib.
Qeyd olunur ki, Kim Çen In Cənubi Koreyanın Şimali Koreyaya qarşı silahlı qüvvələrdən istifadə etməyə və ya onun suverenliyinə və təhlükəsizliyinə xələl gətirməyə cəhd edəcəyi təqdirdə onu tərəddüd etmədən məhv etməyə hazır olduğunu bəyan edib.
Bundan əvvəl Şimali Koreya liderinin bacısı Kim Yo Conq bildirib ki, Cənubi Koreya hakimiyyəti öz hərəkətləri və bəyanatları ilə "odla oynayır".
Samir