ABŞ prezidenti Co Bayden Tayvandakı prezident seçkilərindən sonra Taypeyə qeyri-rəsmi nümayəndə heyəti göndərəcək.
HİT.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Nəşrin məqaləsində deyilir ki, Ağ Ev hələlik səfərin dəqiq tarixlərini açıqlamayıb, nümayəndə heyətinin tərkibi də məlum deyil.
Amerika administrasiyasının nümayəndəsi vurğulayıb ki, ABŞ Tayvanda keçiriləcək seçkilərdə heç bir tərəfi dəstəkləmir və ölkənin daxili işlərinə müdaxiləyə qarşıdır.
Co Baydenin Tayvana ikitərəfli nümayəndə heyəti göndərmək niyyətində olduğu bildirilir. Buraya ABŞ dövlət katibinin Barak Obama administrasiyasındakı keçmiş müavini, demokrat Ceyms Steynberq, eləcə də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi, respublikaçı Stiven Hadli daxil ola bilər.
Samir