"Politco": "Hizbullah" ABŞ torpaqlarına hücum edə bilər"

DÜNYA
13:30 / 11.01.2024
286

Yaxın Şərqdəki münaqişə səbəbindən "Hizbullah" tərəfindən Amerika torpaqları da daxil olmaqla terror aktları və ABŞ vətəndaşlarına hücum riskləri hər gün artır. 

HİT.az xəbər verir ki, bu barədə "Politico" kəşfiyyat məlumatları ilə tanış olan Ağ Ev nümayəndələrinə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində Yaxın Şərqdə eskalasiya artdıqca ABŞ ərazisinə hücumların baş vermə ehtimalı artır.

"Hizbullah" əlində olan imkanlardan istifadə edə bilər. Məsələn, öz adamlarını nəsə etmək üçün müxtəlif yerlərə yerləşdirmək mümkündür. Bu, narahatlıq doğurur", deyə mənbə "Politico"ya bildirib.

Onun sözlərinə görə, hadisələrin bu inkişafı narahatlıq yaradan əsas amildir.

Kəşfiyyat məlumatları "Hizbullah"ın digər radikal qrupların malik olmadığı imkanlara sahib olduğunu göstərir. "Bununla əlaqədar olaraq, Vaşinqton mümkün təhlükələrin qarşısını almaq üçün əks tədbirlər görməlidir", deyə materialda qeyd edilir.

Samir

0