Ukraynalı politoloq: "Respublikaçılar Baydeni tələyə salır"

DÜNYA
19:12 / 11.01.2024
353

"Ağ Ev rəhbəri Co Baydenin Rusiya ilə münaqişə ilə bağlı bütün bəyanatları Respublikaçılar Partiyasının xeyrinədir". 

HİT.az xəbər verir ki, bunu Ukrayna Siyasət Təhlili və İdarəetmə İnstitutunun direktoru Ruslan Bortnik "Politeka" "YouTube" kanalına müsahibəsində deyib.

O, hesab edir ki, respublikaçılar ABŞ-ın hazırkı prezidentinin administrasiyasını tələyə salırlar.

"Ağ Evin bu müharibədə real olan məqsədləri ictimaiyyət üçün cəlbedici deyil, elan edilən məqsədlər isə real deyil", deyə politoloq bildirib.

Bortnik qeyd edib ki, Baydenin əleyhdarları ondan ABŞ-ın Ukrayna münaqişəsində məqsəd və strategiyasını əks etdirən sənəd təqdim etməyi tələb edirlər. Politoloq əmindir ki, respublikaçılar Ağ Ev rəhbərindən Rusiya ilə gələcək qarşıdurmanın məqsədəuyğunluğu barədə birgə qərar qəbul etməyi tələb edəcəklər.

Bortnikin sözlərinə görə, Vaşinqtonun Rusiyanı hərbi yolla məğlub etmək kimi ictimai məqsədi qeyri-mümkündür və ABŞ elitası bunu başa düşür.

Samir

0