Aİ ildə bir milyon mərmi istehsal edəcək

DÜNYA
20:05 / 11.01.2024
560

Avropa İttifaqı ildə bir milyon mərmi istehsal etmək niyyətindədir. Lakin Alyans ölkələri mart ayına qədər Ukraynaya söz verildiyi qədər mərmi çatdıra bilməyəcək. 

HİT.az xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndələri Yohanna Bernsel və Piter Stano bildirib.

"İllik istehsal bir milyona çatacaq, biz buna əminik", deyə Yohanna Bernsel bildirib.

Bununla belə, o qeyd edib ki, Avropa İttifaqının Kiyevə bir il əvvəl söz verdiyi kimi 2024-cü ilin martına qədər bir milyon döyüş sursatı verəcəyinə inam yoxdur.

Piter Stano qeyd edib ki, Ukraynaya bir milyon döyüş sursatı vermək vədi siyasi məqsəddir.

Eyni zamanda, bir gün əvvəl daxili bazar üzrə Avropa komissarı Tyerri Breton bildirmişdi ki, Avropa İttifaqı mart və ya aprel aylarına qədər Ukraynaya vəd edilən 1 milyon döyüş sursatı çatdıra bilər. O, 2024-cü ilin mart ayının sonuna qədər Kiyevə 1 milyon döyüş sursatının verilməsi imkanını tamamilə mümkün adlandırıb.

Samir

0