Slovakiya parlamentinin vitse-spikeri Lubos Blaha özünün "Telegram" kanalında ABŞ-ın Rusiyanı KXDR-dən ballistik raketlərdən istifadə etdiyinə görə qınamaq tələbinə sərt reaksiya verib.
HİTaz xəbər verir ki, deputatın sözlərinə görə, Vaşinqton bu məsələ ilə bağlı heç bir sübut təqdim etməyib.
"Biz yaxşı xatırlayırıq ki, onlar İraqda kütləvi qırğın silahları haqqında bütün dünyaya necə iyrənc yalan danışdılar, çünki onlar suveren bir ölkəyə hücum etmək istəyirdilər", deyə Blaha bildirib.
Daha əvvəl bildirilmişdi ki, Macarıstan və Slovakiya Avropa İttifaqında Rusiyaya Şimali Koreyadan raketlərin verildiyi iddiası ilə bağlı bəyanatı imzalamaqdan imtina edən yeganə ölkədir. Söhbət Avropa diplomatiyasının rəhbəri Cozep Borrel, Aİ ölkələrinin, eləcə də bir sıra digər ölkələrin (ümumilikdə 48) xarici işlər nazirliklərinin rəhbərlərinin birgə bəyanatından gedir. Ölkələr siyahısında Slovakiya və Macarıstan yoxdur.
Samir