"Nissan"ın yeni elektromobili nə zaman satışa çıxacaq?

DÜNYA
10:46 / 12.01.2024
643

Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Nissan" "GT-R" modelinin elektrikli versiyasını üzərində çalışır. 

Hit.az xəbər verir ki, bir neçə il ərzində sözügedən modelin elektrikli versiyasının satışa çıxarılması gözlənilir.

Yeni "GT-R" modelinin də klassik mühərrik səsini və performansını qoruması hədəflənir. Amma elektromobilin 1360 at gücündə olacağı ehtimalı da səsləndirilir. "Nissan"ın hər iki seqmentin gözləntilərini qarşılamaq üçün addımlar atacağı deyilir. 

Qeyd edək ki, şirkət əvvəlcə "GT-R" modelinin elektrikli versiyasını istehsal edilməyəcəyini açıqlansa da, daha sonra qərar dəyişib. 

Pərviz

0