Litva prezidenti Gitanas Nauseda ölkənin xarici işlər naziri Qabrielius Landsbergisin Ukrayna lideri Volodimir Zelenski ilə görüşə dəvət edilməməsi qərarını şərh edib.
HİT.az LRT telekanalına istinadən xəbər verir ki, dövlət başçısı buirda şəxsi heç nəyin olmadığını deyib və baş verənlərdən ümumiləşdirmə aparmamağa çağırıb.
"Bu, şəxsi bir şey deyildi və mən təklif edirəm ki, bundan böyük ümumiləşdirmələr aparmayaq", deyə Nauseda bildirib.
O, çərşənbə günü keçirilən iclasda Milli Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid olan hərbi dəstək və sənaye məsələlərinin müzakirə edildiyini, bununla bağlı milli müdafiə naziri Arvydas Anusauskasın görüşdə iştirak edərək, izahat verdiyini bildirib.
Bundan əvvəl Qabrielius Landsbergis prezident Gitanas Nausedadan Zelenski ilə görüşdə iştirak etmək üçün niyə dəvət almadığını bilmədiyini deyib.
Çərşənbə günü Landsbergis Litvaya gələn Zelenskini hava limanında qarşılayıb, lakin müvafiq dəvət almadığı üçün prezident sarayındakı görüşə getməyib.
Samir