Polşa hökuməti və sakinləri yeni ukraynalı qaçqın dalğasına hazırlaşmalıdırlar.
HİT.az xəbər verir ki, bunu yerli “Rzeczpospolita” nəşrinə müsahibə verən respublikanın xarici işlər nazirinin müavini Anjey Şeyna deyib.
Hazırda ölkədə Ukraynadan olan 1,5 milyona yaxın qaçqın var. Eyni zamanda, rəsmi vurğulayıb ki, daha çox Ukrayna vətəndaşının Polşaya gəlişi dövlət üçün böyük yük olacaq.
"Biz istisna edə bilmərik ki, Rusiyanın hücumu cəbhənin Qərbə doğru sürüşməsinə və daha milyonlarla ukraynalının Polşada peyda olmasına gətirib çıxaracaq", deyə Şeyna bildirib.
O əlavə edib ki, söhbət əsasən qadınlardan və uşaqlardan gedir.
Yanvarın 12-də İrlandiyanın baş naziri Leo Varadkar Avropa İttifaqına (Aİ) üzv ölkələri Ukrayna vətəndaşlarının regional ictimaiyyətdən sığınacaq ala biləcəyi Müvəqqəti Mühafizə Direktivinin müddətini uzatmağa çağırıb. Bundan əvvəl sənədin müddəti 2025-ci ilin martına qədər uzadılmışdı, lakin İrlandiya hökumətinin başçısı Moskva ilə Kiyev arasında hərbi əməliyyatlar bitənə qədər direktivin saxlanmasını zəruri hesab edib.
Samir