Ukrayna kəşfiyyatı Şimali Koreyanın Rusiyaya nə qədər döyüş sursatı verdiyini açıqladı

DÜNYA
17:02 / 15.01.2024
499

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski Şimali Koreyanın Rusiyaya nə qədər sursat ötürdüyünü açıqlayıb. 

HİT.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, onun sözlərinə görə, ən aktiv tədarüklər sentyabr, oktyabr və noyabr aylarında həyata keçirilib.

"Şimali Koreyadan tədarük edilən əsas döyüş sursatları 122 mm və 152 mm-lik mərmilərdir. Hesablamalarımıza görə, söhbət Rusiya Federasiyasına gətirilən təxminən bir milyon belə artilleriya sursatından gedir. Bu, Moskvanın mərmi baxımından yaşadəğı və öz istehsalı ilə ödəyə bilmədiyi defisitdir", deyə Vadim Skibitski bildirib.

Kəşfiyyat nümayəndəsi Ağ Evin Rusiya Federasiyasının Şimali Koreyadan ballistik raketlər alması və hətta Ukrayna ərazisi üzərindən iki dəfə buraxılması barədə bəyanatına da münasibət bildirib:

"Şimali Koreyadan nə çatdırıldığı ilə bağlı bu gün əlimizdə olan bütün məlumatları toplayırıq. Məlumatlar təsdiqlənəndən sonra danışacağıq".

Samir

0