Rişi Sunakın partiyası seçkilərdə böyük fərqlə uduza bilər

DÜNYA
19:30 / 15.01.2024
380

Baş nazir Rişi Sunakın Mühafizəkarlar Partiyası builki Böyük Britaniya seçkilərində məğlubiyyətlə üzləşə bilər.

HİT.az xəbər verir ki, bu barədə “The Telegraph” "YouGov" sorğusunun nəticələrinə istinadən məlumat yayıb.

Sorğunun nəticələrinə görə, leyboristlər parlamentdə 385 yer, mühafizəkarlar isə yalnız 169 mandatı qazana bilər.

Qeyd edilir ki, bu, Con Meycörün rəhbərlik etdiyi partiyanın təxminən eyni sayda yer itirdiyi 1997-ci il seçkilərində mühafizəkarların məğlubiyyəti ilə müqayisə edilə bilər və 1906-cı ildən bəri Britaniyada hakim partiyaya dəstəyin ən böyük azalması olacaq.

Nəşr qeyd edir ki, builki seçkilərdə belə nəticələr faktiki olaraq Leyboristlər Partiyasına ən azı 10 il hakimiyyətdə qalmasına zəmanət verir, çünki belə böyük səs çoxluğu olan heç bir partiya növbəti seçkilərdə heç vaxt məğlub olmayıb.

"YouGov" sorğusunda 14 min insan iştirak edib. Tədqiqat Mühafizəkar Donor Qrupunun Mühafizəkar Britaniya Alyansı tərəfindən sifariş edilib.

Samir

0