Florida ştatının qubernatoru Ron DeSantis rəqibi Donald Trampın Ayova ştatında uğur qazanmasına baxmayaraq, ABŞ prezidentlik yarışından geri çəkilməyəcək.
HİT.az xəbər verir ki, CNN bu barədə onun seçki qərargahındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.
Kanalın həmsöhbəti vurğulayıb ki, namizədləri qarşıda uzun mübarizə gözləyir, lakin prezidentlik kampaniyası məhz bunun üçün yaradılıb.
"Bu millət üçün risklər çox yüksəkdir və biz geri çəkilməyəcəyik", deyə DeSantisin nümayəndəsi bildirib.
Bir müddət əvvəl məlum olmuşdu ki, Ayova ştatında Respublikaçılar Partiyasından olan ilkin seçkilərdə ilkin səsvermənin nəticələrinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp bütün digər namizədlər arasında öndədir. Siyasətçi bu səsvermənin nəticələri ilə fəxr etdiyini bildirib.
DeSantis hazırda ikinci yeri tutur. İlk üçlüyü ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli tamamlayır.
Qeyd edək ki, bundan əvvəl Respublikaçı Vivek Ramasvami ABŞ prezidentliyi yarışından çəkildiyini açıqlayıb. Ramasvami qarşıdan gələn seçkilərdə keçmiş prezident Donald Trampı dəstəkləyəcəyini bildirib: "Bundan sonra biz prezidentlik kampaniyasını dayandırırıq. Mənim növbəti prezident olmaq imkanım yoxdur".
Samir