İspaniya Ukrayna üçün silaha nə qədər pul xərcləyib?

DÜNYA
16:20 / 16.01.2024
304

1,5 il ərzində İspaniya Ukraynaya 130 milyon avrodan çox məbləğdə silah ötürüb.

HİT.az xəbər verir ki, bu barədə İspaniyanın ABC qəzeti yazıb.

Nəşr belə məlumatları Ticarət üzrə Dövlət Katibinin hazırladığı və parlamentə göndərdiyi hesabatlardan əldə edib.

Eyni zamanda, jurnalistlər qeyd ediblər ki, eyni dövrdə səlahiyyətlilər daha böyük məbləğə - 515 milyon avroya silah ixracı üçün icazə alıblar, lakin bütün təchizatların dərhal satılmadığı ortaya çıxıb.

Hesabatlarda deyilir ki, 2022-ci ildə İspaniyadan hərbi ixracat 4 milyard avronu keçib. Bu da 2021-ci illə müqayisədə 24% çoxdur. Üstəlik, ümumi tədarükün 60%-i Avropa İttifaqı və NATO-ya üzv ölkələr üçün nəzərdə tutulub. İspaniya Avropa ölkələrindən başqa Səudiyyə Ərəbistanı, Sinqapur, Malayziya, Seneqala, Oman və Filippinə də silah tədarük edib.

Eyni zamanda, ABC Ukraynanın hələ 2021-ci ilin statistikasında yer almadığına diqqət çəkib, halbuki artıq 2022-ci ildə İspaniyadan Ukraynaya 31 milyon avro dəyərində silah ixrac edilib və ötən ilin birinci yarısı üçün bu rəqəm 102 milyon avrodur.

Samir

 

0