Türkiyənin xarici işlər naziri Hakan Fidan xəbərdarlıq edib ki, Qəzzada hazırda həlli edilməyən münaqişə yeni münaqişələrə səbəb ola bilər.
HİT.az bu barədə TASS-a istinadən xəbər verir.
"Biz dəfələrlə Qəzzada münaqişənin digər bölgələrə yayılma riskindən danışmışıq. Hamı Livanda gərginliyin olmasını gözlədiyi halda, başqa yerdən başladı. Qırmızı dənizdə, İraqda, Suriyada baş verənlər Qəzzadakı müharibə spiralının burulğana çevriləcəyindən xəbər verir", deyə Hakan Fidan bildirib.
O, beynəlxalq ictimaiyyəti Fələstin anklavında daimi atəşkəs üçün səyləri dəstəkləməyə çağırıb və bir sıra dövlətlərin HƏMAS-a qarşı mübarizədə İsrailin hərəkətlərini dəstəklədiyini qeyd edib.
Hakan Fidanın sözlərinə görə, həm Fələstinin, həm də İsrailin hüquq və qanuni maraqları nəzərə alınmadan münaqişənin həlli mümkün olmayacaq. Türkiyənin xarici işlər naziri hesab edir ki, İsrailin təhlükəsizliyini Fələstin xalqı hesabına prioritetləşdirmək sülh gətirməyəcək.
hakan Fidan vurğulayıb ki, Ankara sülh üçün işləməyə davam edəcək və İsrailin Qəzzadakı hərəkətlərinə görə cavabdehlik daşıması üçün hər cür səy göstərəcək.
Samir