Kamala Harris: "Baydenin kampaniyası Trampı məğlub edəcək"

DÜNYA
20:26 / 16.01.2024
320

ABŞ-ın vitse-prezidenti Kamala Harris bildirib ki, hazırkı prezident Co Baydenin kampaniyası Donald Trampı və ya hər hansı digər Respublikaçı namizədi məğlub edə biləcək.

HİT.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Trampın prezidentliyə yeganə Respublikaçı namizəd olub-olmaması sualını cavablandıran vitse-prezident demokratların ona qalib gələ biləcəyinə əmin olduğunu deyib.

"Onun yeganə namizəd olub-olmayacağını bilmirəm. Amma əgər bu Donald Trampdırsa, biz onu əvvəllər məğlub etmişik və yenə də məğlub edəcəyik", deyə Harris bildirib.

Bundan əvvəl Donald Tramp Ayova ştatında Respublikaçılar Partiyasının kokusunda rəqiblərinə qalib gəlib. Səsvermənin nəticələrinə görə, Tramp respublikaçıların 51%-ni, onun ən yaxın rəqibləri Florida qubernatoru Ron DeSantis və Cənubi Karolinanın keçmiş rəhbəri Nikki Heyli isə müvafiq olaraq 21,2% və 19,1%-ni toplayıb. Dördüncü prezidentliyə namizəd Vivek Ramasvami səslərin 7%-dən bir qədər çoxunu toplayıb və yarışı tərk etdiyini, Trampı dəstəkləyəcəyini açıqlayıb.

Samir

0