Lüksemburqun yeni baş naziri Luk Friden bir sıra məsələlərdə, o cümlədən Ukrayna məsələsində Macarıstanın mövqeyini daha yaxşı başa düşməyin zəruriliyini bəyan edib.
HİT.az "Politico" qəzetinə istinadən xəbər verir ki, siyasətçi bu məqsədlə Budapeştə səfər etməyi istisna etmir.
"Macarıstan bəzən düşündüyümüzdən daha çox avropapərəstdir və məncə, biz fərqli fikirləri dəstəkləməyə çalışmalıyıq ki, ümumi məqsədə nail ola bilək... Əgər kimsə müəyyən siyasətlə razılaşmırsa, onun harda olduğunu anlamağa çalışmaq lazımdır. Məncə Viktor Orbanı daha yaxından tanımalıyıq", deyə Friden bildirib.
O qeyd edib ki, Macarıstanın mövqeyini daha yaxşı başa düşmək üçün yaxın aylarda Budapeştə səfər etməyi düşünür.
Əvvəllər bildirilirdi ki, Macarıstan ildə bir dəfə maliyyələşməyə yenidən baxılmaqla, Avropa İttifaqının Ukraynaya pul ayırmasına veto qoya bilər. Viktor Orban bəyan edib ki, Budapeşt Avropa İttifaqının Kiyevin siyasi ittifaqa daxil olması ilə bağlı danışıqlara başlamaq qərarını pis hesab edir və orada iştirak etmək istəmir.
Samir