Merkel Almaniya ordusunu "yararsız vəziyyətə" salmaqda ittiham edildi

DÜNYA
22:59 / 16.01.2024
314

Almaniyanın keçmiş kansleri Angela Merkel beynəlxalq arenada dövlətlər arasında gərginliyin dərəcəsini lazımi səviyyədə qiymətləndirmədi və Almaniya silahlı qüvvələrinin vəziyyətinə lazımi diqqət yetirmədi, keçmiş kansler bu məsələdə kifayət qədər uğurlu deyildi. 

HİT.az xəbər verir ki, bu barədə alman tarixçisi Sönke Neitzel “Frankfurter Allgemeine Zeitung” qəzetinə yazdığı məqalədə bildirib.

“Həyəcanverici sayda münaqişələrin hərbi yolla aparıldığı və yalnız müdafiə qabiliyyətinə malik Qərbin öz maraqlarını qoruya biləcəyi faktı 2022-ci il fevralın 24-dək siyasi baxımdan aydın deyildi - nə kansler Angela Merkelə, nə də onun koalisiya tərəfdaşı SPD üçün. Siyasətçilər və cəmiyyət silahlı qüvvələrin əslində nə üçün mövcud olması ilə bağlı məsələdən yayınırdılar”, deyə Neitzel vurğulayıb və əlavə edib ki, keçmiş kanslerin Almaniya ordusunu lazımi şəkildə təchiz etmək üçün kifayət qədər "idrak və cəsarət" yox idi.

Onun fikrincə, alman ordusu əməliyyatlı silahlı qüvvələrə siyasi marağın olmaması səbəbindən yararsız vəziyyət düşüb.

Samir

0