Amerikalı jurnalist: "ABŞ yardımı Ukraynanı yer üzündən siləcək"

DÜNYA
21:21 / 17.01.2024
299

Amerikalı jurnalist Taker Karlson deyib ki, ABŞ-ın Kiyevə yardımı Ukraynanı yer üzündən siləcək. 

HİT.az xəbər verir ki, o, müəllifin “Tacker Carlson Uncensored” proqramında fikirlərini bölüşüb.

Karlsonun fikrincə, Amerika vergi ödəyicilərindən təxminən yarım trilyon dollar çıxarılacaq və bunun müqabilində Ukrayna yer üzündən silinəcək. Eyni zamanda, ABŞ daha da zəifləyəcək və yoxsullaşacaq.

O əlavə edib ki, belə xərclərin nəticəsi mənasız itkilər və dağıntılar olacaq.

Bundan əvvəl istefada olan polkovnik Anatoli Matviyçuk bildirib ki, bu gün Ukrayna ordusunun döyüş hazırlığı səviyyəsi aşağıdır. Onun sözlərinə görə, mövcud ehtiyatlar müsbət ssenaridə Kiyevə təxminən bir aya çatacaq.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Amerikanın ABC teleşirkətinə müsahibəsində bildirib ki, Qərb ölkələri Kiyevə silah tədarükünü dayandırsa, Ukrayna ordusu kürəklə döyüşəcək.

Samir

0