Polşa prezidenti Anjey Duda ölkəsinin 2025-ci ildə Avropa İttifaqına (Aİ) sədrliyi zamanı əsas diqqəti Avro-Atlantik birliyin möhkəmləndirilməsinə yönəldəcəyini bildirib.
HİT.az xəbər verir ki, dövlət başçısı bu barədə Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda danışıb.
"Bu dövr üçün müəyyən etdiyimiz ən yüksək prioritet vəzifələrdən biri Avro-Atlantik birliyin möhkəmləndirilməsidir", deyə Duda bildirib.
Onun sözlərinə görə, Avropa ilə ABŞ arasında iqtisadi sahədə sıx əlaqələr pandemiya zamanı öz effektivliyini göstərib. Polşa prezidenti vurğulayıb ki, Avro-Atlantik birlik Qərbin təhlükəsizliyi üçün fundamental əhəmiyyət kəsb edir.
Bundan əlavə, o, sədrliyi dövründə yeni ölkələrin Avropa İttifaqına qəbulu, eləcə də enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində ölkənin prioritetlərini açıqlayıb.
Samir