Bayden: "Konqresin fəaliyyətsizliyi ABŞ, NATO və azad dünyanı təhdid edir"

DÜNYA
10:41 / 18.01.2024
522

Konqresdə Ukraynaya növbəti yardım paketinin ayrılması məsələsində razılığın olmaması ABŞ-ın milli təhlükəsizliyini təhdid edir, NATO və bütün dünyaya zərər vura bilər. 

HİT.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin ABŞ prezidenti Co Baydenlə Konqres üzvləri arasında görüşdən sonra verdiyi bəyanatda deyilir.

Qeyd olunur ki, ABŞ rəhbəri qanunvericilərlə onların fəaliyyətsizliyinin Ukrayna və ABŞ üçün mümkün nəticələrini müzakirə edib.

"Co Bayden Konqres tərəfindən davamlı fəaliyyətsizliyin ABŞ-ın, NATO-nun və qalan azad dünyanın milli təhlükəsizliyini təhlükə altına atdığını açıq şəkildə bildirdi. Orada qeyd edildi ki, Bayden Kiyevi dəstəkləmək üçün mümkün qədər tez vəsait ayırmağa çağırıb və bununla da müttəfiqlərə siqnal göndərib", deyə Ağ Evin mətbuat xidməti bildirib.

Bundan əvvəl ABŞ Konqresi bəyan etmişdi ki, Ukraynada vəziyyət Kiyev üçün pisə doğru dəyişir və ABŞ-ın köməyi olmadan vəziyyət geri dönməz şəkildə dəyişə bilər. Ağ Ev bəzi Qərb ölkələrinin ABŞ-dan nümunə götürə və həmçinin Ukraynaya maliyyə dəstəyindən imtina edə biləcəyini qeyd edib.

Qeyd edək ki, ABŞ Konqresi uzun müddətdir Ukrayanaya maliyyə yardımını təsdiqləmir. Buna səbəb Respublikaçılarla Demokratların Meksika sərhədi ilə bağlı razılığa gələ bilməməsidir.

Samir

0