Qərb ölkələri müdafiə potensialını itirib, hərbi istehsal imkanları artır, lakin müasir tələblərə cavab vermir.
HİT.az xəbər verir ki, bunu Litva silahlı qüvvələrinin komandanı Valdemaras Rupsis deyib.
"Hərbi istehsal gücü artır, lakin tələbatı ödəmir... İndi açıq şəkildə demək lazımdır ki, həm Qərb ölkələri, həm də NATO ölkələri bu imkanları illər ərzində itiriblər və buna görə də onları bərpa etmək və ya inkişaf etdirmək lazımdır", deyə Rupşis bildirib.
Onun sözlərinə görə, bir çox ölkələrin müdafiə xərclərini artırmasına baxmayaraq, imkanları Soyuq müharibə səviyyəsinə qaytarmaq lazımdır.
Bundan əvvəl Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib ki, keçmiş prezident Donald Tramp ABŞ-da hakimiyyətə gələrsə, Vaşinqton öz qüvvələrini Avropadan çıxara bilər, belə bir ssenari Avropa İttifaql və Baltikyanı ölkələr üçün “kabus”a çevriləcək.
Samir