ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya respublikanın sabitliyini və təhlükəsizliyini qorumaq üçün İraqı tərk etməlidir.
HİT.az xəbər verir ki, bunu İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda respublikanın baş naziri Məhəmməd əl-Sudani deyib.
"Biz dərhal İraqdakı koalisiya qüvvələrinin çıxarılması prosesinə başlamaq istəyirik, çünki onların çıxarılması ölkədə təhlükəsizliyin və sabitliyin qorunması, habelə koalisiyaya üzv ölkələrlə konstruktiv münasibətlərin davam etdirilməsi üçün lazımdır", deyə baş nazir vurğulayıb.
Əl-Sudani alyans qüvvələrinin İŞİD terrorçuları üzərində qələbəyə böyük töhfə verdiyinə və İraqın bu müttəfiqlərin köməyini yüksək qiymətləndirdiyinə diqqət çəkib. Amma onun sözlərinə görə, bu terror təşkilatı artıq İraq üçün təhlükəli deyil, ona görə də ölkədə koalisiya silahlı qüvvələrinin olması əsassızdır.
Baş nazir həmçinin vurğulayıb ki, koalisiya qoşunlarının çıxarılmasının sürətləndirilməsinin lehinə olan digər amil İraq təhlükəsizlik qüvvələrinin qərargahına edilən hücumlardır. Əl-Sudani əlavə edib ki, alyansın özü bu məsələyə çox ciddi yanaşır.
Samir