Finlandiyanın Daxili İşlər Nazirliyi mülki döyüş sursatlarının Rusiyaya satışının qarşısını almaq məqsədilə onun ixracı üçün lisenziya haqqında qanun layihəsi hazırlayıb.
HİT.az bu barədə nazirliyin bəyanatına istinadən xəbər verir.
Daxili İşlər Nazirliyi bildirib ki, lisenziyanın tətbiq edilməsində məqsəd Avropa İttifaqının sanksiyalarla bağlı qərarına uyğun olaraq, xüsusən də patron komponentlərinin Rusiyaya ixracının qarşısını almaqdır.
Əgər sənəd qəbul olunarsa (bu, 2024-cü ilə qədər baş verə bilər), o zaman mülki sursatların, o cümlədən patronların ixracı üçün Finlandiya Daxili İşlər Nazirliyindən icazə almaq lazım gələcək.
Avropa İttifaqı Şurası 2014-cü ildə Rusiyaya silah və müvafiq texnikanın satışı, tədarükü, ötürülməsi və ya ixracını qadağan etmək qərarına gəlib. 2023-cü ilin iyununda sənədə düzəlişlər edilib.
Yanvarın 15-də bildirilib ki, Finlandiyada sahibkar Rusiyaya qadağan olunmuş məhsulları tədarük etməkdə ittiham olunur. Söhbət Finlandiyanın "Luminor" və "Siberica" şirkətlərinin baş direktoru, iş adamı Qabriel Temindən gedir.
Samir