Ukrayna çətin vəziyyətdə: \"Geriyə addım atmağa məcbur...\"

17:53 / 19.01.2024
529

"Bir müddət öncə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının Prezident Volodomir Zelenskinin yerinə keçəcəyinə dair xəbərlər yayılmışdı". 

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.

Lakin o qeyd edib ki, artıq sözügedən iddialar bir qədər geri planda qalıb:

342069

"Əslində bu iddialar təkcə Zalujnı ilə də bağlı deyildi. Bir çox namizədin adının hallandığına şahidlik etmişdik. Lakin hazırda da Ukraynada müxtəlif şəxslərin hakimiyyətə gələcəyi ilə bağlı ehtimallar səsləndirilir. Bəzi qüvvələr Volodomir Zelenskini hakimiyyətdən kənarlaşdırmaqla Ukraynanın Rusiyaya qarşı son 2 ildir olan münasibətində ciddi dəyişiklik etməyi hədəfləyirlər".

Ekspert diqqətə çatdırıb ki, hər şey döyüş meydanında həll olunacaq:

"Ukraynada gələcəkdə hakimiyyətin dəyişilməsi və yaxud geriyə addımın atılması kimi bütün variantlar döyüş meydanında baş verən proseslərdən asılı olacaq. Döyüş meydanındakı hazırkı məqam isə Ukrayna üçün heç də ürəkaçan deyil. Hətta deyərdim ki, Ukraynanın yaxın zamanlarda müəyyən məsələlərlə bağlı güzəştə getmək məcburiyyətində qalacağını görə bilərik".

Pərviz

0