Çin Xarici İşlər Nazirliyinin husilərin Qırmızı dənizdə Çin və Rusiya gəmilərinə toxunmamaq vədi barədə məlumatı yoxdur.
HİT.az xəbər verir ki, bunu ölkə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin brifinq zamanı deyib.
“Mənim bu vəziyyətdən xəbərim yoxdur”, deyə diplomat bildirib.
O əlavə edib ki, Qırmızı dəniz beynəlxalq ticarət üçün ən vacib kanallardan biri olaraq qalır. Bu halda söhbət həm müxtəlif məhsulların tədarükündən, həm də enerji resurslarından gedir.
Eyni zamanda, Mao Ninq Qırmızı dənizdə mülki gəmilərə qarşı təqiblərə son qoymağa çağırıb. Bundan əlavə, diplomat qlobal bazara malların fasiləsiz çatdırılmasının təmin edilməsinin vacibliyinə diqqət çəkib.
Yanvarın 19-da Yəməndə fəaliyyət göstərən Ənsar Allah (Husi) qruplaşmasının Siyasi Bürosunun üzvü Məhəmməd əl-Bahiti Qırmızı dənizdə Rusiya və Çin gəmiləri üçün heç bir təhlükə olmadığını bildirib. Onun sözlərinə görə, qrup üzvləri Rusiya və Çin gəmilərinə hücum etmək niyyətində deyillər və onların Qırmızı dənizdən keçməsinin təhlükəsizliyini təmin etməyə hazırdırlar.
Samir