Avropa İttifaqı xarici işlər nazirləri bazar ertəsi Brüsseldə İsrailin xarici işlər naziri İsrael Katz və Fələstin administrasiyasının baş diplomatı Riyad əl-Maliki ilə ayrı-ayrılıqda görüşlər keçirəcək.
HİT.az xəbər verir ki, bu barədə İsrailin "Times of Israel" qəzeti yazıb.
Tərəflər Qəzza zolağındakı vəziyyətin həllini müzakirə edəcəklər. Buna baxmayaraq, İsrael Katz və Riyad əl-Malikinin bir-birilə görüşü gözlənilmir.
"Avropa İttifaqının xarici işlər nazirləri bu gün İsrail və fələstinli həmkarları ilə davamlı sülh perspektivlərilə bağlı ayrı-ayrılıqda danışıqlar aparacaqlar", deyə nəşr yazıb.
Həmçinin İsrael Katz və Riyad əl-Maliki bu gün Brüsseldə Səudiyyə Ərəbistanı, İordaniya, Misirdən olan həmkarları və Ərəb Liqasının baş katibinin də iştirak edəcəyi Avropa İttifaqının Xarici Əlaqələr Şurasının iclasında ayrıca çıxış edəcəklər.
Qeyd edəl ki, bundan əvvəl "Euractiv" Avropa İttifaqı xarici siyasət xidmətinin Qəzza zolağında silahlı münaqişənin həlli üzrə 10 bəndlik planın ilkin variantını hazırladığını yazıb. Sənəddə deyilir ki, "fəal beynəlxalq iştirak olmadan" münaqişə tərəfləri sülh danışıqlarına başlamayacaqlar. Planın bu əsas məqamı ilə əlaqədar olaraq Avropa İttifaqı, ABŞ, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Ərəb Dövlətləri Liqası və BMT-nin iştirakı ilə "hazırlıq sülh konfransı"nın keçirilməsinin zəruriliyi göstərilir.
Sənəddə qeyd olunur ki, konfransdan sonra onun iştirakçıları bir il ərzində yekun danışıqlar üçün münaqişə tərəflərinə təqdim olunacaq sülh planının çərçivəsini hazırlayacaqlar. Avropa İttifaqı sənədinin başqa bəndində fələstinlilərin HƏMAS-a siyasi alternativə ehtiyacı olacaq və İsrail hakimiyyəti sülh danışıqlarında iştirak etmək üçün "siyasi iradə" nümayiş etdirməli olacaq.
Samir