Fələstin-İsrail münaqişəsinin qonşu ölkələrə genişlənməsi fonunda İran hərbi gücünü nümayiş etdirir, lakin Yaxın Şərqdə genişmiqyaslı müharibəyə cəlb olunmaq istəmir.
HİT.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Ruel Qerext və Xarici Əlaqələr Şurasının baş elmi işçisi Rey Takei Amerikanın "New York Times" nəşrində dərc olunan məqalədə yazıb.
"Qəzzadəkı müharibə indi çoxlarının qorxduğu yerə gedib çıxıb və Livan, Suriya, İraq və Qırmızı dənizdə münaqişələrə çevrilib. İran bu arenaların hər birində var və sual budur ki, Tehran və onun güclü ordusu daha genişmiqyaslı müharibəyə girəcəkmi? İran regional iğtişaşların artması fonunda öz hərbi qüdrətini açıq şəkildə nümayiş etdirir, lakin bu, onun liderlərinin daha geniş müharibəyə cəlb olunmaq istəməsi demək deyil", deyə nəşr yazıb.
Məqalə müəlliflərinin fikrincə, Tehran hazırda HƏMAS hərəkatı, husilər və Livanın Hizbullah hərəkatının köməyi ilə “müharibənin çoxdankı strategiyasına” etibar etdiyindən razıdır.
Müəlliflər yazır ki, İranın böyük münaqişədən çəkinməsinin əsasında rejimi narahat edən daxili problemlər dayanır. Ali Rəhbər Əli Xamneyi həmfikir varisini təyin etmək üçün siyasi maneələri aşaraq irsini qorumağa çalışır. Eyni zamanda, İran nüvə silahı yaratmağı hədəfləyir.
Samir