ABŞ nəşri Ukrayna ilə Britaniya arasında təhlükəsizlik razılaşmasını təxribat adlandırdı

14:30 / 22.01.2024
378

Böyük Britaniya və Ukrayna arasında bağlanan təhlükəsizlik sazişi Rusiya ilə sülh danışıqlarına lazımsız maneə yaradır və təxribatdır. 

HİT.az xəbər verir ki, bu barədə Amerikanın "Responsible Statecraft" (RS) nəşri yazıb.

“Bəs bu münaqişənin gələcəyi üçün nə vəd edir? Yaxşı heç nə yoxdur... Daha doğrusu, Britaniyanın bu addımı sülh danışıqlarının başlanmasına daha bir maneə yaradacaq... Bir sözlə, bu, təxribatdır”, deyə məqalədə qeyd edilir.

Material müəllifinin fikrincə, sazişin bağlanması Kiyevi və Qərbi bir növ dalana dirəyir. Bir tərəfdən, müqaviləni imzalayan Böyük Britaniya Ukraynaya kifayət qədər hərbi yardım təmin edə bilmir, digər tərəfdən isə təhlükəsizlik paktı ABŞ prezidenti Co Bayden administrasiyasının danışıqlara meyl etməyə başladığı bir vaxtda bağlanıb və Kiyevin NATO-ya üzv olmaq istəyini dəstəklədiyi üçün sülh yolu ilə nizamlanmaya doğru hərəkatın qarşısını alıb.

Məqalə müəllifi hesab edir ki, nəticədə Rusiya Federasiyası qalib gəlsə, hər şey buna doğru gedir, Moskva münaqişəyə son qoymaq üçün öz şərtlərini diktə edəcək.

Kiyev və London yanvarın 12-də təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıblar. 

Samir

0