ABŞ keçən il Polşaya əsas silah tədarükçüsü olub. Varşava 2023-cü ildə ÜDM-in 4%-ni müdafiəyə xərcləyib.
HİT.az xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda Amerikanın "Fox News" telekanalına müsahibəsində bildirib.
"Buna görə də keçən il biz artıq ÜDM-in 4 faizini müdafiəmizə xərcləmişik... Bunlar əsasən ABŞ-dan etdiyimiz böyük silah alışlarıdır", deyə Duda bildirib.
Onun sözlərinə görə, Polşa ilə ABŞ arasında sıx müttəfiqlik, güclü Avroatlantik əlaqələr təkcə Polşa və Avropa İttifaqının deyil, həm də Vaşinqtonun maraqlarına cavab verir. O vurğulayıb ki, bu əlaqələr nə qədər güclü olsa, Avropa bir o qədər təhlükəsizdir.
Samir