Husi Ənsar Allah hərəkatının Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli əl-Husi ABŞ və Böyük Britaniyanın hərəkatın 8 hədəfinə növbəti zərbələr endirməsindən sonra Vaşinqton və Londonu "hər dəqiqə cavab gözləməyi" tövsiyə edib.
HİT.az xəbər verir ki, bu barədə o, X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Biz amerikalılara və britaniyalılara deyirik: Əmin olun ki, ölkəmizə qarşı hər əməliyyat və hər bir təcavüz cavabsız qalmayacaq və hər saniyə olmasa da, hər dəqiqə cavab gözləyin", deyə Məhəmməd Əli əl-Husi yazıb.
Bundan əvvəl Vaşinqton və London bildirmişdi ki, Amerika və Britaniya hərbçiləri öz hökumətlərinin göstərişlərinə əməl edərək, Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın dəstəyi ilə Yəməndə husilərin 8 hədəfinə əlavə zərbələr endiriblər.
Bəyanatda qeyd olunur ki, husilərin yeraltı anbar anbarına, həmçinin Ənsar Allah hərəkatının raket və aviasiya obyektlərinə yüksək dəqiqliklə zərbələr endirilib. Zərbələr Husilərin beynəlxalq ticarət yolları boyunca gəmilərə hücum etmək qabiliyyətini zəiflədəcək.
Samir