Lukaşenko: \"Qərb Belarusda təxribatlar üçün dəstələr hazırlayır\"

14:25 / 23.01.2024
325

"Qərb dövlətləri Belarusa qarşı təxribatlar üçün xüsusi dəstələr hazırlayır". 

HİT.az BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
 
Siyasətçi müvafiq bəyanatla 2024-cü ildə dövlət sərhədinin mühafizəsi ilə bağlı qərarların təsdiqi zamanı çıxış edib. Onun sözlərinə görə, bu qərarlar “xüsusi vəziyyət” səbəbindən zəruridir.

"Cənubda müharibə var (Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişə-red.). Qərbdə - Polşa, Litva, Baltikyanı ölkələr də vəziyyət daha da pisdir. Orada müvafiq dəstələr hazırlanır, komandirlər müəyyənləşib", deyə Belarus lideri bildirib.

Samir

0