Estoniya prezidenti vətəndaşları inadkarlıqlarına görə qınadı

19:37 / 23.01.2024
289

Estoniya prezidenti Alan Karis müəllimlərin tətili zamanı vətəndaşları inadkarlıqlarına görə qınayıb. 

HİT.az xəbər verir ki, o, bu barədə "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Çox uzun müddətdir ki, biz yalnız düşündük və hərəkət etmədik, buradayıq. Lakin vəziyyət ən aydın şəkildə Estoniya cəmiyyətində xroniki hal alan razılaşmaq mümkünsüzlüyünü göstərir", deyə prezident bildirib.

Karisin sözlərinə görə, müəllimlərin narazılığına ən çox səbəb maaşın azlığı deyil, sənədləşmənin çoxluğu və dərs yükünün çox olmasıdır.

Yanvarın 22-də Estoniyada 9471 müəllimin iştirak etdiyi ümumi müəllimlərin tətili başlayıb.

"Tətil hökumətin kompromis tapmaq və siyasi vədlərinə sadiq qalmaq istəməməsi ilə bağlıdır. Təhsil sektorundakı vəziyyət narahatlığı artırıb və bütün ölkənin yaxın gələcəyinə təsir edir", deyə aksiyanın bəyanatında bildirilir.

Etirazçıların əsas tələbi müəllimlər üçün aylıq minimum 1950 avro məbləğində maaşların müəyyən edilməsidir. Etirazçılar Estoniyada uşaq bağçası müəllimlərinin maaşından da narahat olduqlarını bildirirlər, lakin bəyanatda konkret tələblər göstərilmir.

Samir

0