İsrailin müdafiə naziri: "Hizbullah"la müharibə istəmirik, amma..."

DÜNYA
17:45 / 23.01.2024
386

İsrail Livanın “Hizbullah” hərəkatı ilə müharibə istəmir, lakin şimalda baş verəcək hər hansı inkişafa hazırdır. 

HİT.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant şimal bələdiyyələrinin səlahiyyətli nümayəndələri ilə görüşdə deyib.

"Şimalda baş verən hər şeyi izləyirik. "Hizbullah" təxribat törətməkdə davam edir, mən indi bununla bağlı vəziyyəti xüsusi qiymətləndirmişəm... Biz müharibə istəmirik, lakin ölkədə yarana biləcək istənilən vəziyyətə hazırıq. Ona görə də bir əlimizi cənuba, ayıq gözümüzü isə şimala yönəldirik", deyə Qalant bildirib.

İsrailin 2023-cü ilin oktyabrında Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra Livanın cənubunda vəziyyət daha da pisləşib. İsrail ordusu və Livan "Hizbullah" döyüşçüləri hər gün sərhəddə yerləşən ərazilərdə bir-birinin mövqelərini atəşə tutur.

Samir

0