İtaliyanın G7-yə sədrliyi dövründə Ukrayna ilə bağlı planları məlum oldu

22:05 / 23.01.2024
317

İtaliya G7-yə qarşıdan gələn sədrliyi dövründə Qərb ölkələrinin Kiyevi dəstəkləməkdən yorulduğu və Rusiyanın Ukraynadakı münaqişədə qalib gəlməsi ilə bağlı təsəvvürü dəyişməyi planlaşdırır. 

HİT.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən yazıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Romanın sədrliyi dövründə əsas prioritetləri Ukraynaya dəstək verməklə yanaşı, Yaxın Şərqdəki hadisələr, ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi, süni intellekt və Çinlə əlaqələr olacaq.

Mənbə bildirib ki, Vaşinqton və Brüsseldə Ukraynaya dəstəklə bağlı siyasi fikir ayrılıqlarına baxmayaraq, G7 liderləri iki illik döyüşlərdən sonra “Kiyevə tam sadiq olduqlarını və zəiflik əlamətləri göstərmək riski ilə üzləşə bilməyəcəklərini” nümayiş etdirməkdə qərarlıdırlar.

“Biz Ukrayna ilə bağlı rəvayətləri dəyişməliyik”, deyə mənbə bildirib.

İtaliya 2024-cü ilə qədər G7-yə sədrlik edəcək və iyun ayında üzv ölkələrin sammitinin ev sahibi olacaq.

Samir

0