Tramp Rusiya-Ukrayna müharibəsini bitirə bilər? - "Onun dedikləri..."

DÜNYA
12:41 / 24.01.2024
738

ABŞ-nin sabiq prezidenti Donald Tramp diqqətləri üzərinə çəkməyə davam edir.

Siyasətçi yenidən ABŞ prezidenti olacağı təqdirdə Rusiya-Ukrayna müharibəsini bitirə biləcəyini iddia edir. O, hətta bunu 24 saat ərzində bacaracağını deyir. Maraqlıdır ki, Tramp bənzər açıqlamanı müharibənin gedişi zamanı da dəfələrlə dilə gətirmişdi.

Prezidentliyə namizəd olduqdan sonra isə bunu seçim vədi kimi səsləndirməyə başladı. O, yenidən prezident seçiləcəyi təqdirdə Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində bitirə biləcəyini önə sürür. Lakin bunu necə edəcəyi ilə bağlı təfərrüatları ictimaiyyətlə paylaşmır.

Onun bu sözləri bütün dünyada olduğu kimi Rusiya və Ukraynada da birmənalı qarşılanmır. Üstəlik, rəsmi Moskva və Kiyev tərəfindən Trampın vədinə şübhə ilə yanaşan bəyanatlar verilir. 

342362

Bəs Donald Tramp həqiqətən Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində bitirə bilər? 

Politoloq Rəşad Bayramov Hit.az-a şərhində bildirib ki, Trampın müharibə ilə bağlı sözləri reallığa uyğun deyil:

"Əslində Donald Trampın bunu deyəndə nəyi nəzərdə tutduğunu onun özündən başqa heç kim bilmir. Müharibə yalnız tərəflərdən birinin məğlubiyyəti halında bitə bilər. Ya Ukrayna ərazilərinin itirilməsi ilə razılaşmalıdır, ya da Rusiya işğal edilmiş əraziləri tərk edib öz sərhədlərinə qayıtmalıdır. Bunlar isə hazırkı vəziyyətdə hər iki tərəf üçün mümkünsüzdür. Odur ki, Trampın dedikləri qeyri-ciddi məsələdir". 

Pərviz

0