Yaponiya Rusiyadan LNG alışını rekord həcmdə artırdı

DÜNYA
22:30 / 24.01.2024
337

Dekabrda Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalı 42,5% artaraq 833 min tona çatıb. 

HİT.az bu barədə Yaponiya Maliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, 2023-cü ilin dekabrında Yaponiya Rusiyadan 833 min ton mayeləşdirilmiş təbii qaz idxal edib. Bu, idxal həcminin 844 min ton olduğu 2017-ci ilin fevralından bəri maksimum göstəricidir. 2022-ci ilin dekabr ayı ilə müqayisədə idxal 42,5% artıb.

Bununla belə, bütün 2023-cü il ərzində Rusiya LNG-nin Yaponiyaya tədarükü 10,7% azalaraq 6,133 milyon tona düşüb. Həmçinin Yaponiyanın LNG alışının ümumi həcmi 8,1% azalaraq 66,151 milyon tona düşüb.

Daha əvvəl Beynəlxalq Enerji Agentliyi elektrik enerjisinə tələbatın azalması və istehsalda nüvə stansiyalarının payının artması fonunda 2023-cü ilin ilk üç rübündə Yaponiyada qaz istehlakının azaldığını qeyd edib.

Rusiyada böyük miqyaslı LNG istehsalı Saxalin-2 və Yamal LNG layihələri ilə həyata keçirilir. Mart ayında Yaponiyanın baş naziri Saxalinlə bağlı layihələrdə iştirakını davam etdirmək niyyətində olduğunu bildirib, çünki onlar ölkənin enerji təhlükəsizliyi üçün vacibdir.

Samir

0