Aİ kosmosda təhlükəsizlik üçün əməkdaşlığa müttəfiq axtarır

DÜNYA
23:24 / 24.01.2024
460

Avropa İttifaqının kosmosda təhlükəsizlik üzrə qlobal əməkdaşlığa ehtiyacı var. 

HİT.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Cozep Borrell bildirib. 

Borrelin sözlərinə görə, Alyans hətta Avropa İttifaqının həmfikirləri olmayan ölkələrlə də kosmosda təhlükəsizlik məsələlərində əməkdaşlıq etməlidir.

“Bizim həmfikir olmayan ölkələrlə belə açıq ünsiyyət kanallarına ehtiyacımız var. Biz onlara diqqət yetirməli və eskalasiyanın qarşısını almaq üçün onlarla qarşılıqlı əlaqədə olmalıyıq”, deyə diplomat izah edib.

Bundan əvvəl Yaponiyanın xarici işlər naziri Yoko Kamikava və Cənubi Koreyanın xarici işlər naziri Park Çin arasında ikitərəfli görüş keçirilib və onlar Şimali Koreyanın kəşfiyyat peykinin orbitə buraxılmasını pisləyiblər.

Danışıqlar Cənubi Koreyanın Busan şəhərində baş tutub. Eyni zamanda, əsas müzakirə mövzularından biri KXDR peykinin kosmosa uğurla buraxılması olub.

Samir

0