Xamenei ərəb ölkələrini İsraillə münasibətləri kəsməyə çağırdı

DÜNYA
22:03 / 24.01.2024
302

İranın ali dini lideri Əli Xamenei ərəb ölkələrini İsraillə siyasi və iqtisadi əlaqələri kəsməyə çağırıb. 

HİT.az bu barədə İranın "Press TV" telekanalına istinadən xəbər verir.

“Müsəlman ölkələri sionist rejimlə siyasi və iqtisadi əlaqələrini kəsməli və bu rejimə kömək etməməlidir”, deyə Xamenei bildirib.

O, Fələstin-İsrail münaqişəsi başa çatdıqdan sonra Fələstin xalqının zəfərlə çıxacağına ümid etdiyini bildirib.

İranın ali dini lideri müsəlman rəsmiləri İsrailin Qəzza zolağına qarşı hərbi əməliyyatı ilə bağlı "yanlış" bəyanatlar verməsini tənqid edərək, onların atəşkəs kimi onların nəzarətindən kənarda qalan məsələləri gündəmə gətirdiklərini deyib.

Samir

0