Almaniya lideri Avropa İttifaqı liderlərindən narazıdır

DÜNYA
23:07 / 24.01.2024
515

Almaniya kansleri Olaf Şolts Avropa İttifaqı ölkələrinin Kiyevə yardımını qeyri-kafi adlandırıb. 

HİT.az "Die Zeit"ə istinadən xəbər verir ki, kansler müsahibədə Ukraynaya daha çox dəstək verməyə çağırıb.

"Avropa ölkələrinin 2024-cü il üçün nəzərdə tutduğu məbləğlər hələ ki, kifayət qədər böyük deyil", deyə Olaf Şolts bildirib.

Almaniya kansleri qeyd edib ki, o, Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə bu mövzuda telefon danışıqları aparır və onlardan “daha ​​çox iş görməyi” xahiş edir.

Daha əvvəl CNN amerikalı rəsmiyə istinadən xəbər vermişdi ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən prezident seçilməsi ehtimalı ilə bağlı narahatlıqlar səbəbindən Birləşmiş Ştatlar 2025-ci ilin yanvarına qədər Ukraynaya mümkün qədər çox yardım göndərmək niyyətindədir.

Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak isə bildirib ki, ölkə hökuməti ABŞ-ın Ukraynaya yardımı məsələsinə ABŞ Senatında baxılacağını gözləyir. Onun sözlərinə görə, fevralın 8-dək ABŞ Konqresi və Nümayəndələr Palatasının Kiyevin xeyrinə qərar qəbul etməsi ehtimalı var.

Samir

 

0