"Ford"un 1,9 milyon avtomobilində problem var

DÜNYA
22:42 / 24.01.2024
410

Amerika avtomobil nəhəngi "Ford Motor Co." avtomobilin ön şüşəsinin künclərindəki avtomobilin damını dəstəkləyən A sütununda olan qüsura görə ABŞ-da 1,9 milyon avtomobili geri çağırır.

HİT.az bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) press-relizinə istinadən xəbər verir.

"Ford Motor Company" 2011-2019-cu il "Explorer"in bəzi avtomobillərini geri çağırır. A-sütunlu trim saxlayan kliplər düzgün bərkidilməmiş ola bilər ki, bu da trimin ayrılması ilə nəticələnər", deyə tənzimləyicinin bəyanatında qeyd edir.

"Ford" konserni 1903-cü ildə "Henri Ford" tərəfindən yaradılıb. Şirkət dünyada klassik avtomobil yığım xəttindən istifadə edən ilk şirkət kimi məşhurlaşdı. Şirkətdə dünya üzrə təxminən 177 min insan çalışır.

Samir

0